İsrail-İran gərginliyi: Netanyahunun Putinə müraciəti

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putindən İrana Təl-Əvivin ona hücum etmək niyyətində olmadığı barədə mesaj ötürməsini xahiş etdiyi məlum olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri ilə Rusiya lideri son vaxtlar İran və İsrail arasında artan gərginlik fonunda bir neçə telefon danışığı aparıblar və həmin danışıqlar zamanı müvafiq mesaj İran tərəfinə çatdırılıb.
Məlumata görə, Netanyahunun əsas narahatlığı Tehranın mümkün preventiv zərbə endirməsidir. İsrail tərəfi hesab edir ki, İran Təl-Əvivin hücumunun qarşısını almaq məqsədilə qabaqlayıcı addım ata bilər.
Eyni zamanda, daha əvvəl The Washington Post qəzeti yazıb ki, Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı yenidən zərbə endirməyə razı salmağa çalışdığı iddia olunur. Nəşrin mənbələrinin məlumatına görə, İsrail tərəfi ya İran obyektlərinə zərbələr üçün sanksiyaların verilməsinə, ya da ABŞ-nin münaqişəyə birbaşa müdaxiləsinə nail olmağa çalışır.
Mənbə: https://sonxeber.az/384639/israil-iran-gerginliyi-netanyahunun-putine-muracieti



