İspaniyadakı məşhur adada cibgirlərlə bağlı həyəcan təbili - Admenasi
Maraqli

İspaniyadakı məşhur adada cibgirlərlə bağlı həyəcan təbili

Son illərdə Tenerifedə cibgirlik halları kəskin şəkildə artıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniyanın məşhur adası Tenerifedə küçələrdə turistləri cibgirlik riskinə qarşı ehtiyatlı olmağa çağıran xəbərdaredici lövhələr görünməyə başlayıb. Oxşar xəbərdarlıqlar sosial şəbəkələrdə də yayılır.

Xəbərdarlıqlar Tenerifenin cənubunda yerləşən populyar turistik bölgələrə aiddir. Bunlara aşağıdakılar daxildir:

Bununla yanaşı, sosial şəbəkələrdə bu cür hadisələr barədə məlumat paylaşan bir neçə qrup fəaliyyət göstərir. Həmin qruplarda ehtimal olunan cibgirlərin fotoları yayılır və riskin daha yüksək olduğu məkanlar qeyd olunur.

Riskli ərazilər və ən çox oğurlanan əşyalar

Dəqiq statistika olmasa da, dolayı məlumatlar Tenerifenin bəzi bölgələrində oğurluq hallarının artdığını göstərir. Xüsusilə Los-Kristianosda ingilis publarının ətrafı pis ad qazanıb. Buraya San-Fransisko prospekti də daxildir. Bu ərazi xüsusilə gecə saatlarında və turist axınının çox olduğu mövsümlərdə daha riskli sayılır.

Qeyd olunur ki, cibgirlər ən çox aşağıdakı əşyaları oğurlayır:

Turistlərə tövsiyələr: oğurluq riskini necə azaltmaq olar?

Bəzi avtomobil icarəsi şirkətləri də ehtiyat tədbiri olaraq müştərilərinə xəbərdaredici mesajlar göndərməyə başlayıb. Onlar oğurluq riskini azaltmaq üçün bu qaydalara əməl etməyi məsləhət görürlər:

içində böyük məbləğdə pul olan pulqabı daşımamaq

yalnız nağd pul və ən lazım olan kartlardan istifadə etmək

Mənbə: https://sonxeber.az/385432/ispaniyadaki-meshur-adada-cibgirlerle-bagli-heyecan-tebili

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button