İslanmamaq üçün əlindən gələni etdi, sonu pis bitdi – VİDEO

Türkiyənin İzmir şəhərində müşahidə olunan güclü leysan yağışları şəhər sakinlərinə çətin anlar yaşadıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, küçələrdə yaranan su gölməçələrindən yayınmağa çalışan bir vətəndaşın başına gələnlər isə sosial şəbəkələrdə gündəm olub.
Yağışdan islanmamaq üçün avtomobilinə doğru irəliləyən şəxs suya girməmək məqsədilə tək ayaq üzərində hərəkət etməyə çalışıb. Onun bu qeyri-adi və akrobatik hərəkətləri ətrafda olan bir nəfər tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Vətəndaş avtomobilinin qapısına çatıb minmək istədiyi anda tarazlığını itirərək yerə yıxılıb. Nəticədə həm islanan, həm də yerə sərt şəkildə düşən şəxsin həmin anları qısa müddətdə sosial mediada geniş maraq doğurub.
Görüntülərdə ətrafdakı insanların təəccübü və yıxıldıqdan sonra kişinin tez bir zamanda ayağa qalxmağa çalışdığı anlar da yer alıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387116/islanmamaq-ucun-elinden-geleni-etdi-sonu-pis-bitdi-video
Mənbə: https://sonxeber.az/387116/islanmamaq-ucun-elinden-geleni-etdi-sonu-pis-bitdi-video



