İşə gecikmənin nəzərinə - Məvacibinizin yarısı tutula bilər - Admenasi
Sosial

İşə gecikmənin nəzərinə – Məvacibinizin yarısı tutula bilər

Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülən intizam tədbirləri öz əksini tapıb.

Trend-in məlumatına görə, işə gecikmək qanunvericilikdə əmək və icra intizamının pozulması kimi təsbit edilib.

Belə ki, əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri kollektiv müqaviləyə daxil edilir.

Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafayev məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, gecikmə işəgötürənlə işçi arasında olan müvafiq qaydaların pozuntusu deməkdir. İşəgötürən işçinin gecikməsini əsaslandıraq müəyyən tənbeh növlərindən istifadə edə bilər:

“Bu, xəbərdarlıq, əmək haqqından tutulmalar, hətta işdən xaric edilmə də ola bilər. İşçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün işdən çıxarıla da bilər. Əslində gecikməyə görə işdən çıxarma bu, bir neçə dəfə təkrarlandığı halda, mümkün olur. Əgər işçi gecikərək istehsalatın gedişatına təsir göstərirsə, iş fəaliyyətinin ahəngini pozursa, işəgötürən ciddi ziyanlarla üzləşirsə, bu əsaslara birinci dəfədən də işdən çıxarıla bilər”.

R. Mustafayev bildirib ki, mövcud qanunvericilikdə işçinin konkret olaraq necə dəfə işə gecikdiyi halda, işdən çıxaralacağına dair müddəa yoxdur:

“Qayda ondan ibarətdir ki, işçinin bir neçə dəfə gecikməsi işəgötürənin işinə ziyan vurur. Bu hal bir dəfə gecikmə ilə də baş verə bilər. Və ya 2-3 dəfə baş verdikdən sonra da işəgötürən hesab edər ki, bu, qəsdən, dəfələrlə, təkrarən törədilir, işin gedişatına mənfi təsir göstərir, onunla yolları ayıra bilər. Gecikmə sayı ilə bağlı konkret bir tələb yoxdur”.

Vəkil vurğulayıb ki, cərimələrin məbləği müqavilə il tənzimlənən məsələlərdir:

“İşəgötürən əmək müqaviləsində müəyyən şərtləri irəli sürür, işçinin üzərinə müəyyən vəzifələr qoyur. Vəzifələrindən biri də o ola bilər ki, işə gecikdiyi halda, onun əmək haqqının müəyyən hissəsində – 5, 10, 25, 50 faiz, lakin ağlabatan məbləğdə – cərimə olunacaq. İşçi işə götürüldükdə həmin müqavilənin şərtləri ilə razılaşırsa, imzası ilə təsdiqləyirsə, təbii olaraq gecikdiyi, müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə, həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq cəzalandırıla bilər”.

Hüquqşünasın sözlərinə görə, vətəndaşın işə gecikməsinə səbəb olan faktorlar nəzərə alına bilər:

“Hamımız nəqliyyat vasitələrindən istifadə edirik, tıxaca da düşə bilərik, qəza ola, yol bağlana bilər, hava şəraiti ilə əlaqədar və s. səbəbdən işə gecikə bilərik. İşəgötürən təbii olaraq bu halları nəzərə ala bilər. Lakin bu onun vəzifəsi deyil, nəzərə almaya da bilər. Əgər işçi məsuliyyətlidirsə, bu hal 1-2 dəfə təkrarlana bilər. Yox, əgər 4-5 dəfə, tez-tez təkrarlanırsa, bu, artıq məsuliyyətsizliyin göstəricisidir. İşəgötürən, əlbəttə ki, o işçi ilə haqlı olaraq yolları ayırmaq istəyəcək”.

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görünən tədbirlər

Əmək məcəlləsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu esasla (“ç” bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

İşçi Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzə

Mənbə: https://sonxeber.az/388588/her-gun-ise-gecikenlerin-nezerine-maasinizin-yarisi-tutula-biler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button