İranlı qızlar Xameneinin ölümü sonrası "Tramp rəqsi" trendi başlatdı - VİDEO - Admenasi
Dunyada

İranlı qızlar Xameneinin ölümü sonrası “Tramp rəqsi” trendi başlatdı – VİDEO

ABŞ Prezidenti Donald Trampın İsrailin də prosesdə iştirak etdiyi İran əleyhinə “genişmiqyaslı hərbi əməliyyatların” başladığını açıqlaması bölgədə gərginliyi daha da artırıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehrandan eşidilən partlayış səsləri diplomatik qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərib.

Tramp “Truth Social” hesabında paylaşım edərək İranın ali dini lideri Əli Xameneinin öldüyünü bildirib və onu “tarixin ən pis insanlarından biri” adlandırıb. İran dövlət televiziyası da Xameneinin vəfat etdiyini təsdiqləyərək onun “şəhid olduğunu” elan edib. İran hökuməti liderin ölümü ilə əlaqədar 40 günlük milli matəm və 7 günlük rəsmi tətil elan edib.

Xameneinin ölümündən sonra ölkədə siyasi varislik məsələsi müzakirə olunarkən, sosial şəbəkələrdə maraqlı bir trend yaranıb. Paylaşılan videolarda bir qrup iranlı gəncin, xüsusilə qızların, Tramp ilə assosiasiya olunan rəqs hərəkətlərini nümayiş etdirdiyi görünür. Qısa zamanda yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Ekspertlər hesab edirlər ki, bu cür paylaşımlar ölkədəki ictimai-siyasi proseslər fonunda gənclərin fərqli reaksiya forması kimi qiymətləndirilə bilər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/389218/iranli-qizlar-xameneinin-olumu-sonrasi-tramp-reqsi-trendi-baslatdi-video

Mənbə: https://sonxeber.az/389218/iranli-qizlar-xameneinin-olumu-sonrasi-tramp-reqsi-trendi-baslatdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button