İranlı nazirin "Hər şey nəzarət altındadır" açıqlaması mübahisə yaratdı - Admenasi
Dunyada

İranlı nazirin “Hər şey nəzarət altındadır” açıqlaması mübahisə yaratdı

İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə artıq 15 gündür davam edən etiraz aksiyaları ilə bağlı açıqlama verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, nazir etirazların tamamilə nəzarət altına alındığını iddia etsə də, bu fikri təsdiqləyən hər hansı sübut təqdim etməyib.

Rəsmi məlumatlara görə, etirazlar zamanı indiyədək 538 nəfər həyatını itirib. Buna baxmayaraq, Əraqçi mövcud vəziyyətin stabilləşdiyini və təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etdiyini bildirib.

Lakin ölkədən yayımlanan son görüntülər nazirin açıqlamaları ilə ziddiyyət təşkil edir. Sosial şəbəkələrdə və müxtəlif media platformalarında paylaşılan videolarda etiraz aksiyalarının hələ də davam etdiyi, müxtəlif şəhərlərdə insanların küçələrə çıxdığı görünür.

Nazirin açıqlamaları həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir sıra müşahidəçilər rəsmi Tehran tərəfindən verilən məlumatların reallığı tam əks etdirmədiyini bildirirlər.

Mənbə: https://sonxeber.az/385148/iranli-nazirin-her-sey-nezaret-altindadir-aciqlamasi-mubahise-yaratdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button