İranın XİN başçısı: ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər - Admenasi
Dunyada

İranın XİN başçısı: ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər

Əgər Vaşinqtonla danışıqların davam etdirilməsi qərarı qəbul edilərsə, yalnız nüvə məsələləri müzakirə olunacaq.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Omanın Maskat şəhərində ABŞ ilə danışıqların yekununa dair mətbuat konfransında deyib.

“Növbəti raundun vaxtı və yeri Oman xarici işlər naziri ilə razılaşdırılaraq müəyyən ediləcək, keçirilmə yeri dəyişə bilər”, – o deyib.

İranın nüvə proqramının dinc məqsədlərlə həyata keçirildiyini deyən Əraqçi ABŞ-nin uranın “sıfır zənginləşdirilməsi” şərtini qəbul etməyəcəklərini bildirib.

Mənbə: https://sonxeber.az/387340/iranin-xin-bascisi-abs-ile-novbeti-danisiqlar-basqa-yerde-kecirile-biler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button