İranda son hücumlarda neçə adam ölüb? - Qızıl Aypara Cəmiyyəti açıqladı - Admenasi
Dunyada

İranda son hücumlarda neçə adam ölüb? – Qızıl Aypara Cəmiyyəti açıqladı

28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İran sakini həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz “Telegram” kanalında məlumat verib.

“Qızıl Aypara Cəmiyyətinin hesablamalarına görə, indiyə qədər 131 şəhər hücuma məruz qalıb və bu hücumlar nəticəsində 555 həmvətənimiz həyatını itirib.

Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasına əsaslanaraq, yardım əməliyyatları fasiləsiz şəkildə davam edir, xilasedicilər zərərçəkmiş ərazilərdə işləri davam etdirirlər və bütün ölkə ərazisində 100 mindən çox xilasedici tam hazırlıq vəziyyətindədir”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.

Mənbə: https://sonxeber.az/389191/iranda-son-hucumlarda-nece-adam-olub-qizil-aypara-cemiyyeti-aciqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button