İranda fövqəladə vəziyyət elan edildi - Hava yolları bağlanıldı - Admenasi
Hadise

İranda fövqəladə vəziyyət elan edildi – Hava yolları bağlanıldı

İranda 18 gündür davam edən etiraz aksiyaları və ABŞ-nin mümkün hərbi müdaxilə siqnalları təhlükəsizlik narahatlıqlarını artırıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu gərgin vəziyyət fonunda Tehran hökumətindən diqqət çəkən bir addım gəlib.

İran müvafiq orqanlar vasitəsilə NOTAM (Hava Nəqliyyatı Elanı) yayımlayaraq, əvvəlcədən icazə alınmış beynəlxalq mülki uçuşlar istisna olmaqla, bütün uçuşları müvəqqəti olaraq dayandırıb.

Qeyd olunur ki, bu qərar ölkədaxili və beynəlxalq hava yollarına birbaşa təsir göstərəcək və sərnişinlərdən səyahət planlarını diqqətlə nəzərdən keçirmələri tələb olunur.

Mənbə: https://sonxeber.az/385319/iranda-fovqelade-veziyyet-elan-edildi-hava-yollari-baglanildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button