İranda etirazlar fonunda ziyarətgah yandırılıb - VİDEO - Admenasi
Dunyada

İranda etirazlar fonunda ziyarətgah yandırılıb – VİDEO

İranda davam edən etiraz aksiyaları ilə bağlı sosial mediaya yayılan bəzi görüntülər ölkədə və beynəlxalq ictimaiyyətdə yeni müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kadrlarda bir qrup etirazçının türbə və ya ziyarətgah kimi təqdim edilən bir tikiliyə daxil olaraq içəridə dağıntılar törətdiyi və daha sonra binanı yandırdığı görünür.

28 dekabr tarixində başladığı bildirilən etiraz dalğası ilə bağlı ölən və saxlanılanların sayı barədə fərqli rəqəmlər səsləndirilir. Rəsmi və dəqiq vahid statistika olmasa da, ABŞ mərkəzli İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) etirazların başlanğıcından bu yana ölənlərin sayının 2 min 500-ü keçdiyini, saxlanılanların sayının isə 18 mini aşdığını iddia edir. Associated Press-in yaydığı məlumatlara görə də, etirazlar zamanı həyatını itirənlərin sayı ən azı 2 min 586-ya çatıb, həbs olunanların sayı isə 18 mindən çoxdur.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin ziyarətgah olduğu deyilən məkana daxil olaraq dağıntılar törətməsi və yanğının baş verməsi diqqət çəkir. Kadrların yayılmasından sonra bu hərəkətlər “müqəddəs məkanlara hörmətsizlik” kimi qiymətləndirilib və geniş tənqidlərə səbəb olub.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385336/iranda-etirazlar-fonunda-ziyaretgah-yandirilib-video

Mənbə: https://sonxeber.az/385336/iranda-etirazlar-fonunda-ziyaretgah-yandirilib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button