İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq - Admenasi
Dunyada

İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq

İranın, raket proqramı da daxil olmaqla, ənənəvi silahları ilə bağlı danışıqlar aparmaq niyyəti yoxdur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın yüksəkvəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib.

“Biz raketlər də daxil olmaqla, konvensional silahlarla bağlı heç bir danışıqlar aparmayacağıq. Bu məsələdə risk edə bilmərik “, – o deyib.

Məmur bildirib ki, rəsmi Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) müddəalarına riayət etməklə yanaşı, İranın dinc nüvə enerjisi hüququna zəmanət verən şərtləri müzakirə etməyə hazırdır. Bundan əlavə, o, danışıqların məqsədinin birtərəfli sanksiyaları dayandırmaq olduğunu qeyd edib.

“Biz uğursuzluğa məhkum olan və daha bir müharibə üçün bəhanə kimi istifadə ediləcək danışıqlarda iştirak etmək istəmirik”, – o əlavə edib.

Mənbə: https://sonxeber.az/386093/iran-ozunun-nuve-proqrami-ile-bagli-danisiqlar-aparmayacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button