Dunyada
İran nüvə silahı hazırlamağa can atmır

İran nüvə silahı hazırlamağa can atmır, ölkənin əsl gücü təzyiqlərə müqavimət göstərmək və böyük dövlətlərin ağalığını qəbul etməməkdir.
“Report” “Mehrnews”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bizim nüvə bomba”mız böyük dövlətlərə “yox” deməyə imkan verən gücdür”, Abbas Əraqçi bildirib. O, əlavə edib ki, İran hədə-qorxu və məcburiyyətə qarşıdır.
Mənbə: https://sonxeber.az/387335/eraqci-iran-nuve-silahi-hazirlamaga-can-atmir



