Dunyada
İran hakimiyyəti etirazlar zamanı minlərlə insanın öldürüldüyünü etiraf etdi

İran hakimiyyəti etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei “X” hesabında yazıb.
O bildirib ki, aksiyalar zamanı 250 məscid, 250-dən çox təhsil və elm mərkəzi vandallığa məruz qalıb.
Xameneinin sözlərinə görə, etirazlarda bir neçə min insan qətlə yetirilib. O, qətllərin ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edib.



