İnsanlar niyə adlarını dəyişirlər? – AÇIQLAMA

Ad və soyad insanın şəxsiyyətinin, sosial kimliyinin və cəmiyyətdə qəbulunun əsas elementlərindən biridir. Ötən il ölkədə 917 nəfərin adını dəyişməsi bu mövzunun təkcə hüquqi deyil, eyni zamanda sosial və psixoloji tərəflərinin də olduğunu göstərir. Bəs, insanlar hansı səbəblərlə ad və soyadlarını dəyişməyə üstünlük verirlər? Bu tendensiyanın arxasında hansı sosial faktorlar dayanır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.
O, açıqlamaında qeyd edib ki, Advermə komissiyası verilən adların mənalı olmasına nəzarət etməli və mürəkkəb, köhnəlmiş və ya aktuallığını itirmiş adlara yol verməməlidir:
“Adlar valideynlər tərəfindən övladlara verilən ilk dəyərli hədiyyədir. Onlar uşağın sosiallaşmasına, xarakterinin formalaşmasına və hədəflərinin müəyyən edilməsinə təsir göstərir. Buna görə adlar mahiyyətli, lakonik və mənalı olmalıdır ki, uşaq ətrafındakı insanlar tərəfindən stereotiplərə və təhqirlərə məruz qalmasın.
Valideynlər bəzən fərqinə varmadan serial qəhrəmanlarının adlarını seçirlər, halbuki həmin obrazların mənfi tərəfləri də ola bilər. Adların psixoloji təsiri olduğundan, seçimi diqqətlə etmək vacibdir. Advermə komissiyası verilən adların mənalı olmasına nəzarət etməli və mürəkkəb, köhnəlmiş və ya aktuallığını itirmiş adların yol verməməlidir.
Bundan heç də az əhəmiyyət kəsb etməyən məsələ -ov və -ev sonluqları ilə bitən soyadlardır. Çox istəyərdim ki, ölkə səviyyəsində bu birmənalı şəkildə yığışdırılsın. Bəli, icazə verilir ki, hər kəs soyadın dəyişə bilər. Amma güman edirəm ki, bu birmənalı yanaşmayla həll olunacaq. Çünki, bəzən, insan fərdi qaydada öz soyadın dəyişdikdən sonra problemlər ortaya çıxır. Ona görə də belə soyadlar yığışdırılmalı və milli soyadlarımız qayatarılmaldır”.
Mənbə: https://sonxeber.az/386601/insanlar-niye-adlarini-deyisirler-aciqlama



