İllərdi dillərdə dolaşan əfsanə gerçəyə çevrildi - VİDEO - Admenasi
Hadise

İllərdi dillərdə dolaşan əfsanə gerçəyə çevrildi – VİDEO

Soyuq havanı təsvir etmək üçün tez-tez işlədilən “pişik damdan dama tullanan zaman havada dondu” ifadəsi Hakkaridə reallığa çevrildi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda havanın temperaturu -32 dərəcəyədək enib.

Şiddətli şaxtalar səbəbindən yem axtaran bir tülkü qar yığını üzərində ayaq üstə donmuş vəziyyətdə tapılıb. Hadisə bölgə sakinləri arasında böyük təəccüb doğurub. Sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda geniş maraqla qarşılanıb.

Mütəxəssislər bildiriblər ki, bölgədə son illərin ən sərt qış şərtləri müşahidə olunur və bu cür ekstremal soyuqlar həm insanlar, həm də vəhşi heyvanlar üçün ciddi təhlükə yaradır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386387/illerdi-dillerde-dolasan-efsane-gerceye-cevrildi-video

Mənbə: https://sonxeber.az/386387/illerdi-dillerde-dolasan-efsane-gerceye-cevrildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button