Türkiyə mətbuatında maraqlı hadisə gündəm olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ilk görüşdə qarşı tərəfə məşğul və ciddi təsir bağışlamaq istəyən şəxs maraqlı üsula əl atıb. Belə ki, o, restoranda masa arxasında əyləşərkən telefonunda kalkulyator tətbiqini açaraq rəqəmlərə basmağa başlayıb. Məqsədi isə özünü guya vacib hesablamalar aparırmış kimi göstərmək olub.
Hadisə anbaan kameraya düşüb. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra qısa zamanda böyük marağa səbəb olub və istifadəçilər arasında müzakirələrə yol açıb.
Sosial media istifadəçiləri hadisəni daha çox yumorla qarşılayaraq, “ilk görüş strategiyası” kimi şərhlər yazıblar.