İctimai iaşə obyektində yediyi sendviçdən sonra huşunu itirdi

Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində qida qəbul edən cütlük yaşadıqları hadisə ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Fatih və Leman Banu Çolak adlı ər-arvad yedikləri isti sendviçdən sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Fatih Çolakda qısa müddətli yaddaş itkisi müşahidə edildiyi bildirilib.
Cütlüyün şikayəti əsasında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən obyektə rəsmi yoxlama aparılıb. Yoxlama zamanı son istifadə tarixi keçmiş məhsulların istifadəsi faktı müəyyən olunub və bu hal sənədləşdirilib.
Yaşanan sağlamlıq problemlərindən sonra Çolak cütlüyü məsələni məhkəməyə verməyə hazırlaşdıqlarını açıqlayıb. Onların sözlərinə görə, aparılan araşdırmada qanun pozuntusunun rəsmi şəkildə təsdiqlənməsi hüquqi prosesin başlanmasına əsas yaradıb.
Hadisə qida təhlükəsizliyi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Rəsmi qurumların araşdırmasının davam etdiyi qeyd olunur.
Mənbə: https://sonxeber.az/386947/ictimai-iase-obyektinde-yediyi-sendvicden-sonra-husun-itirdi



