İcra başçısının müavini işdən çıxdı - Admenasi
Sosial

İcra başçısının müavini işdən çıxdı

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

O, uzun illərdir icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007-2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.

Mənbə: https://sonxeber.az/387541/icra-bascisinin-muavini-isden-cixdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button