İbrahim Tatlısesdən sürpriz etiraf: “İzmirdə aşiq oldum”

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlıses yeni eşqini ictimaiyyətə açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 73 yaşlı usta ifaçı qatıldığı canlı yayımda qəlbinin İzmir üçün döyündüyünü və bu şəhərdə yaşayan bir qadına vurulduğunu bildirib.
Tatlısesin “Aşiq oldum. İzmirdə bir qara qız var, ona vuruldum” sözləri qısa müddətdə sosial mediada gündəmə çevrilib. Açıqlamadan sonra sənətçinin yeni münasibətinin kimlə bağlı olduğu maraq doğurub və sosial mediada geniş müzakirələrə səbəb olub.
İbrahim Tatlısesin şəxsi həyatı illərdir onun sənət fəaliyyəti qədər ictimai diqqət mərkəzindədir. Sənətçi indiyədək bir neçə evlilik və uzunmüddətli münasibət yaşayıb. Onun Adalet Sara ilə ilk evliliyindən üç övladı, Perihan Savaşla evliliyindən bir qızı, Derya Tuna ilə münasibətindən isə oğlu İdo dünyaya gəlib. Tatlısesin qızı Dilan Çıtak da sonradan rəsmi şəkildə tanınıb.
Sənətçi 2011-ci ildə Ayşegül Yıldız ilə ailə qurub, bu evlilikdən Elif Ada adlı qızı olub. Cütlük 2013-cü ildə ayrılıb. Son illərdə isə Tatlısesin adı Gülçin Karakaya ilə hallandırılmışdı.
İbrahim Tatlısesin İzmir vurğulu yeni eşq açıqlaması, keçmiş münasibətləri fonunda maqazin gündəmində yenidən geniş rezonans doğurub. Sənətçinin yeni münasibəti ilə bağlı detalları yaxın vaxtlarda açıqlayıb-açıqlamayacağı maraqla gözlənilir.
Mənbə: https://sonxeber.az/384528/ibrahim-tatlisesden-surpriz-etiraf-izmirde-asiq-oldum



