İbrahim Tatlısenin mühafizəçisindən sərt müdaxilə: "O görüntüyü sil!" - VİDEO - Admenasi
Hadise

İbrahim Tatlısenin mühafizəçisindən sərt müdaxilə: “O görüntüyü sil!” – VİDEO

Türkiyənin məşhuru sənətçi İbrahim Tatlısenin əlil arabasında çəkilmiş görüntüləri sosial şəbəkələrdə gündəm olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Tatlısenin bir restorana əlil arabası ilə daxil olduğu anlar vətəndaşlardan biri tərəfindən mobil telefonla qeydə alınıb.

Məqamları görən sənətçinin mühafizəçisi görüntüləri çəkən şəxsə sərt şəkildə müdaxilə edərək videonun dərhal silinməsini tələb edib. Yaşanan gərgin anlar ətrafdakı başqa bir şəxs tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Sosial şəbəkədə sürətlə yayılan bu görüntülər cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər şəxsi həyatın toxunulmazlığına hörmət edilməli olduğunu bildirərkən, digərləri mühafizəçinin davranışını tənqid edib.

Məsələ ilə bağlı İbrahim Tatlısen və ya onun nümayəndələri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386212/ibrahim-tatlisesin-muhafizecisinden-sert-mudaxile-o-goruntunu-sil-video

Mənbə: https://sonxeber.az/386212/ibrahim-tatlisesin-muhafizecisinden-sert-mudaxile-o-goruntunu-sil-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button