Hazal Kayadan maraqlı çıxışı: “Hələ Tarkanla tanış olmamışam” – FOTO

Məşhur türk aktrisası Hazal Kaya qatıldığı müxtəlif tədbirlərdə kameraların obyektivinə düşən açıqlamaları və davranışları ilə sosial medianın gündəminə çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisanın həmkarı Meryem Uzerliyə ünvanladığı zarafatla dolu ifadəsi və müğənni Gülşenə göstərdiyi hörmət jesti ard-arda paylaşılan görüntülərlə müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə bəziləri Hazal Kayanın davranışlarını səmimi və təbii qiymətləndirərkən, digərləri onu tənqid edib. Gündəm olan mövzulardan biri də aktrisanın “Hələ Tarkanla tanış olmamışam” sözləri olub və bu ifadə qısa zamanda viral yayılıb.
Hazal Kaya isə ünvanına yönələn tənqidlərə özünəməxsus yumor hissi ilə cavab verib. O, sosial mediada paylaşım edərək, “Siz mənim hər davranış pozuntumu çəkməyə and içmisiniz, ya nədir?” – deyə ironik şəkildə münasibət bildirib.
Aktrisanın bu cavabı da sosial şəbəkə istifadəçiləri arasında geniş əks-səda doğurub və bir çoxları onun səmimi üslubunu dəstəkləyən şərhlər paylaşıb.
Mənbə: https://sonxeber.az/386218/hazal-kayadan-maraqli-cixis-hele-tarkanla-tanis-olmamisam-foto



