Haradan haraya! Bir vaxtlar model idi, indi isə bütün dünya onu tanıyır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın 1993-cü ildə modellik etdiyi iddia olunan video sosial şəbəkələrdə sürətlə yayılaraq gündəm olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kadrlarda Qvardiolanın gənc, saçlı və kamera qarşısında poza verdiyi anlar əks olunub.
Qısa müddət ərzində minlərlə dəfə paylaşılan video futbol azarkeşləri arasında böyük maraq və təəccüb doğurub. Sosial media istifadəçiləri görüntülərə “Haradan haraya” və “Gəncliyi də əfsanə imiş” kimi şərhlər yazıblar.
Futbolçu kimi “Barselona” ilə böyük uğurlar qazanan, daha sonra isə məşqçi kimi dünya futbolunun ən nüfuzlu simalarından birinə çevrilən Pep Qvardiola bu dəfə meydan kənarındakı nailiyyətləri ilə deyil, illər əvvələ aid sürpriz görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Mənbə: https://sonxeber.az/385697/haradan-haraya-bir-vaxtlar-model-idi-indi-ise-butun-dunya-onu-taniyir



