Hadisenin Ramazan videosu müzakirə yaratdı: Tənqidlərə cavab gəlib

Türkiyəli məşhur müğənni Hadisenin Ramazan ayı ilə bağlı paylaşımı ictimaiyyətdə müzakirələrə səbəb olub. Məşhur müğənni və UNICEF Uşaq Hüquqları Müdafiəçisi olan sənətçi yayımladığı yardım çağırışı videosunda Türkiyəni Qəzza və Sudanla eyni kontekstdə qeyd etdiyi üçün bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, tənqidlərin artmasından sonra açıqlama verən Hadise Ramazan ayının mənəvi dəyərlərinə diqqət çəkərək cəmiyyəti daha sakit və anlayışlı olmağa çağırıb. O bildirib:
“Ramazan ayında hamımızın qəzəb dolu cümlələrdən və düşmənçilik yaradan duyğulardan uzaq durmasını arzulayıram. Dualarım daha ədalətli bir dünyada, bütün uşaqların bərabər şərtlərdə, təhlükəsizlik və sevgi içində yaşaya bildiyi bir gələcək üçündür”.
Qeyd edək ki, sənətçi uzun illərdir beynəlxalq humanitar layihələrdə iştirak edir və xüsusilə uşaqların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Hadisənin paylaşımı sosial mediada həm dəstək, həm də tənqidi rəylərlə qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388536/hadisenin-ramazan-videosu-muzakire-yaratdi-tenqidlere-cavab-geldi-video
Mənbə: https://sonxeber.az/388536/hadisenin-ramazan-videosu-muzakire-yaratdi-tenqidlere-cavab-geldi-video



