Həvəskar balıqçıların tilovuna qeyri-adi köpəkbalığı düşdü – VİDEO

Türkiyənin Çanaqqala vilayətinin Ayvacıq rayonunda qısa vaxtda maraqlı hadisə baş verib.
Sonxeber.az və türk mediasına görə, həvəskar balıqçılıqla məşğul olan Ozan Ölmez və Aykut Bayramın tilovuna balaca köpəkbalığı düşüb.
Dənizə atdığı tilovda hərəkət hiss edən Aykut Bayram balığı çəkərkən böyük təəccüb yaşayıb. Onun sözlərinə görə, əvvəlcə tilova düşənin balıq olduğunu düşünüb. Lakin balıq sudan çıxarıldıqdan sonra bunun köpəkbalığı balası olduğu məlum olub.
Bölgədə nadir hallarda rast gəlinən balaca köpəkbalığı ehtiyatla tilovdan azad edilərək kürəyin köməyi ilə yenidən dənizə buraxılıb. Yaşanan anlar balıqçılar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş maraq doğurub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387389/heveskar-baliqcilarin-tilovuna-balaca-kopekbaligi-dusdu-video
Mənbə: https://sonxeber.az/387389/heveskar-baliqcilarin-tilovuna-balaca-kopekbaligi-dusdu-video



