Hərbçimiz dəm qazından zəhərlənərək öldü - Admenasi
Sosial

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Beyləqan rayonunda hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində kirayə götürdüyü yaşayış evində İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.

Bildirilir ki, mərhum əslən Şəki rayonundandır. O, Beyləqana yeni təyinatla göndərilib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmət göstərib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/387583/herbcimiz-dem-qazindan-zeherlenerek-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button