Həmişə "hə" deyən rəqəmsal dostlar: Real insanlarla ünsiyyət niyə çətinləşir? - Admenasi
Maraqli

Həmişə “hə” deyən rəqəmsal dostlar: Real insanlarla ünsiyyət niyə çətinləşir?

Psixoloqlar “rəqəmsal yaxınlıq” adlanan yeni bir davranış asılılığı növünün inkişafına diqqət çəkirlər. Bu, istifadəçilərin virtual yoldaşlara, çatbotlara və süni intellektlə işləyən tərəfdaşlara dərin emosional bağlılıq yaratmasına aiddir.

Oxu.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Mariya Makarenko “İzvestiya”ya verdiyi müsahibədə bildirib.

Mütəxəssis süni intellektlə ünsiyyət zamanı ehtiyatlı olmağı tövsiyə edib: “Bu cür münasibətlərin əsas zəifliyi onların mütləq əlçatanlığı və təhlükəsizliyidir. Süni intellekt heç vaxt yorulmur, mübahisə etmir, “yox” demir və istifadəçinin gözləntilərinə mükəmməl uyğunlaşır.

Bu, xüsusilə sosial əlaqələr qurmağı öyrənən yeniyetmələr üçün çox vacibdir. Rəqəmsal tərəfdaş 24/7 mövcuddur və həmişə dəstək olmağa hazırdır. Bu, emosional ehtiyacların dərhal ödənilməsi kimi təhlükəli bir vərdiş yaradır və real insanlardan ən kiçik rədd cavabına və ya anlaşılmazlığa qarşı tolerantlığı azaldır”.

Psixoloq süni intellektlə münasibətləri həm cəlbedici, həm də riskli edən amillərə toxunub.

Onun fikrincə, süni intellekt ünsiyyəti yuxuda və ya məşğul olan tərəfdaşdan fərqli olaraq, günün istənilən vaxtında ünsiyyət ehtiyacını ödəyir:

“Süni intellekt qeyd-şərtsiz tərifləyir, razılaşır və istifadəçinin həmişə haqlı və gözəl olduğu illüziyasını yaradır. Bu, konstruktiv tənqid və dialoqun mümkün olduğu sağlam münasibətlərə təhrif olunmuş baxış yaradır. İnsanlar başqalarını rəqəmsal tərəfdaşla müqayisədə daha az maraqlı, ağıllı və ya cavabdeh kimi qəbul etməyə başlayırlar. Bu, daha da sosial təcridə səbəb ola bilər”.

Psixoloq vurğulayıb ki, əsas məsələ texnologiyanı rədd etmək deyil, insan əlaqələrini qurban vermədən şüurlu şəkildə istifadə etməkdir.

Mənbə: https://sonxeber.az/387169/hemise-he-deyen-reqemsal-dostlar-real-insanlarla-unsiyyet-niye-cetinlesir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button