"Həkim dedi ki, hara istəyirsən get, kim mənə nə edəcək?" - Admenasi
Sosial

“Həkim dedi ki, hara istəyirsən get, kim mənə nə edəcək?”

Cəfərovlar ailəsi 9 yaşlı övladları Ülvinin anadangəlmə ürək qüsurlu olsa da, əlilliyin təyin edilməməsindən şikayətçidir.

Axşam.az xəbər verir ki, bununla bağlı ailə “Baku TV”yə müraciət edib. Olar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından əlilliyin təyin olunması ilə bağlı kağızın onlara verilmədiyini iddia ediblər.

9 yaşlı uşağın atası Qafar Cəfərov deyib ki, övladı anadangəlmə ürək qüsurludur:

“Üç yaşından aşkar etmişik ki, övladımızda anadangəlmə ürək qüsuru var. Ürəyində deşik var. Nəfəs yolundadır. Bütün analizlərdən keçmişik, ürəyindən başqa qüsur çıxmayıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında bir həftə yatıb. Çıxanda dedik ki, uşağımız üçün Forma-88 verin. Dedilər ki, verə bilmərik, yazacağıq uşağın xəstəxanada qripdən yatıb.

6 ildir bu yollardayam. TƏBİB də vəziyyəti bilir. Bizi yönləndiriblər Respublika Xəstəxanasına. Orada da uşaqda eyni problemlər çıxıb. Oradan da Yeni Klinikaya göndəriblər. Klinikada uşağın vəziyyəti pisləşdi. Haradasa 40 dəqiqə övladıma süni nəfəs verildi.

İstəyim odur ki, uşağa əlillik təyin edilsin. Yayda vəziyyəti pis olur. Qışdır, amma onu isti hamamda çimizdirə bilmirik. Evin içində sərində çimizdiririk. İsti yer olmaz. Bir neçə gün əvvəl xəstəxanaya aparanda yolda 3 dəfə halı pisləşdi”.

O, xəstəxandan onlara nə əlilliklə, nə də bununla bağlı imtina kağızının verildiyini söyləyib:

“Sonuncu dəfə yanvarın 30-u xəstəxanadan cavabları götürüb apardıq. Respublika Xəstəxanasında uşağa diaqnoz qoyulmalı və əlilliklə bağlı kağız verilməli idi. Amma həkimlər dedilər ki, biz sizə kağız verə bilmərik. Tələb etdim ki, yazılı şəkildə mənə təqdim edin – bu səbəbdən imtina edirsiniz. Dedilər ki, nə yazılı, nə də şifahi kağız vermirik, gedin hara şikayət edirsiniz, edin. Əlavə etdilər ki, hara şikayət edirsən et, mənə kim nə edəcək? 6 ildir bu yollardayam. Xahiş edirəm, mənə kömək edin”.

Mənbə: https://sonxeber.az/387002/hekim-dedi-ki-hara-isteyirsen-get-kim-mene-ne-edecek

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button