Həbsxanada başlayan mübahisə qanla bitdi: 21 nəfər xəstəxanalıq oldu

Sakaryanın Ferizli rayonunda yerləşən 2 saylı L Tipli Qapalı Cəza İnfaz Müəssisəsində insident baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, müəssisənin ümumi cinayətlər üzrə bölməsində saxlanılan məhkum və təqsirləndirilən şəxslər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib.
Hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onların müalicəsi davam etdirilib.
Dava cəzaçəkmə müəssisəsinin əməkdaşlarının müdaxiləsi ilə nəzarət altına alınıb. Hadisədən sonra həbsxanada əlavə təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır, insidentin səbəbləri və məsul şəxslərlə bağlı rəsmi açıqlamanın daha sonra veriləcəyi bildirilib.
Mənbə: https://sonxeber.az/386223/hebsxanada-baslayan-mubahise-qanla-bitdi-21-nefer-xestexanaliq-oldu



