Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? - Araşdırma - Admenasi
Sosial

Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? – Araşdırma

Abşeron rayonu Güzdək ərazisində qanunsuz daş, qum və çınqıl çıxarılan mədənlərin fəaliyyətinə kimlər icazə verib?

Heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən karxanalar vergidən yayınır və əraziyə ekoloji zərər vururlar. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyin yanında Dövlət Mineral Xammal Ehtiyatları Agentliyi, Dövlət Əmlak Komitəsi və Vergi orqanlarıvə Əmək müfəttişliyi tərəfindən ciddi nəzarət olunmur.

Qeyd edək ki, belə qanunsuz işlədilən daş, çınqıl karxanaların əksəriyyəti kimlərinsə himayəsi ilə fəaliyyət göstərir.

İşçilərin heç bir təhlükəsiz qaydalarına riayət etmədən fəaliyyət göstərən karxanalara əmək müfəttişliyi niyə göz yumduğu məammalıdır?

XALQ xəbər verir ki, “Ağburun” Koorparativinin rəhbəri Bəhram Məlikovun heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən daş karxanası kimlər tərəfindən himayə olunması artıq hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.

Məlumat üçün bildirir ki, “Ağburun” Koorparativinin rəhbəri Bəhram Məlikov aidiyyatı qurumlar tərəfindən inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq yenidən qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu gödərilib.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan heç bir açıqlama almaq mümkün olmadı.

Mənbə: https://sonxeber.az/385150/guzdekde-behram-melikova-mexsus-oldugu-karxananin-isledilmesine-hansi-memur-icaze-verib-arasdirma

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button