Günlər sonra piştaxtada gördü, çiy-çiy ağzına atdı - VİDEO - Admenasi
Sosial

Günlər sonra piştaxtada gördü, çiy-çiy ağzına atdı – VİDEO

Kilis şəhərində bir müddətdir bazarlarda görünməyən ançous yenidən piştaxtalarda yerini alıb. Ançousun satışa qaytarılması sakinlər tərəfindən sevinclə qarşılanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, balıq satıcılarının sözlərinə görə, mövsümün aktivləşməsi ilə dənizdə bolluq artıb və bu da bazarda təklifin çoxalmasına səbəb olub. Səhər saatlarından etibarən piştaxtalara düzülən təzə ançous alıcıların diqqətini cəlb edib.

Bəzi vətəndaşlar isə balığın təzəliyini yoxlamaq üçün onu çiy halda dadaraq maraqlı görüntülər yaradıb. Satıcılar bildiriblər ki, məhsul gündəlik və təzə gətirilir.

Qeyd edək ki, ançousun bazara qayıtması qiymətlərə də müsbət təsir göstərib və yaxın günlərdə tələbatın daha da artacağı gözlənilir.

Mənbə: https://sonxeber.az/388099/gunler-sonra-pistaxtada-gordu-ciy-ciy-agzina-atdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button