Gündə sadəcə 7 ədəd istehsal edilir, qiyməti 6 minə qədər yüksəlir - VİDEO - Admenasi
Maraqli

Gündə sadəcə 7 ədəd istehsal edilir, qiyməti 6 minə qədər yüksəlir – VİDEO

Türkiyənin Erzurum vilayətinin Oltu ilçesi ərazisində yaşayan təsbeh ustası Halis Aydın 45 ildir ki, Oltu daşı təsbehlərini böyük səbir və ustalıqla hazırlayır.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Oltunun Yasin Haşimoğlu məhəlləsində yaşayan 63 yaşlı usta ibtidai təhsilini başa vurduqdan sonra ailə böyüklərindən öyrəndiyi sənəti illərdir sevə-sevə davam etdirir. Təxminən 45 ildir Oltu daşı təsbehi düzəldən Aydın peşəsini evinin həyətində qurduğu kiçik emalatxanada yaşadır.

Səhərin erkən saatlarında iş masasının arxasına keçən usta axşam azanına qədər çalışaraq gün ərzində orta hesabla 5-7 ədəd təsbeh hazırlayır. Onun əl əməyilə ərsəyə gələn təsbehlər alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Əsasən sifarişlə işlədiyini bildirən Halis Aydın qeyd edib ki, təsbehlərin qiyməti ölçüsünə və üzərində görülən işçiliyə görə 2 min lirədən başlayaraq 6 min lirəyə qədər yüksəlir. Usta təsbehləri daha çox sadə formada hazırlamağa üstünlük verdiyini vurğulayaraq, həddindən artıq işləmənin Oltu daşının təbii dəyərini azaltdığını deyib.

Oltu daşı təsbeh ustalığını yaşatmaqda qərarlı olan Halis Aydın bu sənəti gələcək nəsillərə ötürmək istədiyini də sözlərinə əlavə edib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387967/gunde-sadece-7-eded-istehsal-edilir-qiymeti-6-mine-qeder-yukselir-video

Mənbə: https://sonxeber.az/387967/gunde-sadece-7-eded-istehsal-edilir-qiymeti-6-mine-qeder-yukselir-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button