Güllələnən müəllimin son durumu açıqlandı - Admenasi
Sosial

Güllələnən müəllimin son durumu açıqlandı

Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Sonxeber.az-a verilən açıqlamada bildirilir ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində “İdrak” liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.

Ş.Kamilova Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Mənbə: https://sonxeber.az/387453/gullelenen-muellimin-son-durumu-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button