Gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı - Rəsmi açıqlama - Admenasi
Sosial

Gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı – Rəsmi açıqlama

Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı qiymətləndirmə həyata keçirilir.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

“Uşaqların mövcud vəziyyəti nəzərə alınaraq onlar ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda uşaqların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən onlara fərdi inkişaf planı hazırlanacaq”, – açıqlamada bildirilib.

Qeyd edək ki, hazırda uşaqlar Mehriban Zeynalovanın Qadın və Uşaq Sığınacağındadırlar. Onlardan – qızın 8, oğlanın isə 9 yaşı var. Uşaqların heç bir sənədinin olmadığı, bu səbəbdən təhsildən yayındırıldıqları bildirilir.

Mənbə: https://sonxeber.az/386405/gozellik-salonunda-terk-edilen-baci-qardasla-bagli-resmi-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button