Gördüyümüz pis yuxular sağlamlığımıza təsir edir? - Admenasi
Sosial

Gördüyümüz pis yuxular sağlamlığımıza təsir edir?

Psixoloqlar və yuxu mütəxəssisləri bildirirlər ki, pis yuxular yalnız yuxuda qalmaqla kifayətlənmir, həm də gündəlik sağlamlığımıza təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, davamlı qorxulu və narahat yuxular stress hormonlarının səviyyəsini yüksəldə bilər, bu isə yuxusuzluq, əsəbilik və hətta ürək-damar problemlərinə yol açır. Yuxuda travmatik və qorxulu hadisələr təkrarlandıqca beynin stress mərkəzləri aktiv qalır və bu, gündəlik həyat keyfiyyətini azalda bilər.

Mütəxəssislər insanlara pis yuxuların təsirini azaltmaq üçün yuxudan əvvəl sakitləşdirici fəaliyyətlərlə məşğul olmağı, düzgün qidalanmağı və stres idarəetmə texnikalarından istifadə etməyi tövsiyə edirlər.

Psixoloqlar qeyd edir ki, əgər pis yuxular tez-tez təkrarlanırsa və gündəlik həyatınızı mənfi təsir edirsə, mütləq mütəxəssisə müraciət etmək vacibdir.

Mənbə: https://sonxeber.az/386991/gorduyumuz-pis-yuxular-saglamligimiza-tesir-edir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button