Gördüklərinə üsyan edən qadın: “Allah mənə Kəbəyə getməyi nəsib etməsin” – VİDEO

Sosial mediada paylaşdığı video ilə Kəbə ziyarətini “reklam vasitəsi” kimi istifadə etdiyini düşündüyü şəxslərə etiraz edən bir qadın diqqət çəkib. O, “Allah mənə umrəyə getməyi nəsib etməsin” sözləri ilə fikirlərini ifadə edib.
Bu barədə Sonxeber.az türk mediasına istinadən xəbər verir.
Qadın bildirib ki, əvvəllər Məkkə və Mədinənin özündə xüsusi bir çəkisi, ruhani dəyəri var idi, lakin bu gün Kəbə sosial media fenomenləri üçün bir “şou sahəsinə” çevrilib. O, bəzi şəxslərin Kəbədən yalnız məzmun yaratmaq və görünürlüyü artırmaq üçün istifadə etdiyini vurğulayıb:
“İndi sosial media fenomenlərinin məqsədi şou göstərməkdir, ibadət deyil”, – deyə qadın bildirib.
Video paylaşımında qadın həmçinin bəzi fenomenlərin izləyici sayı düşdükdə Kəbəyə gedərək bunu sosial mediada önə çıxardıqlarını iddia edib. Onun bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385449/gorduklerine-usyan-eden-qadin-allah-mene-kebeye-getmeyi-nesib-etmesin-video



