Gizləndiyi hində öskürərək özünü ələ verdi - VİDEO - Admenasi
Hadise

Gizləndiyi hində öskürərək özünü ələ verdi – VİDEO

İzmir şəhərində silahlı quldurluq cinayətinə görə 44 il 7 ay müddətinə qəti həbs cəzası almış şəxs gizləndiyi yerdə öskürək səsinə görə polis tərəfindən yaxalanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Karabağlar Rayon Polis İdarəsinin Cinayətlərin Qarşısının Alınması və İstintaq Bürosunun əməkdaşları 28 yanvar tarixində şəhər üzrə axtarışda olan şəxslərlə bağlı əməliyyat keçiriblər. Axtarış zamanı “silahla yağma” cinayətinə görə barəsində 44 il 7 ay həbs cəzası qüvvədə olan 49 yaşlı E.A.-nın bir anbarda gizləndiyi müəyyən edilib.

Polis əməkdaşları anbara əməliyyat təşkil ediblər. Axtarış zamanı anbarın içində yerləşən hin tərəfdən öskürək səsi gəlib. Bu şübhəli səsə görə hinə daxil olan polis əməkdaşları orada gizlənən E.A.-nı saxlayıblar.

Saxlanılan şəxs daha sonra Köhnə İzmir Polis Bölməsinə təhvil verilib. Onunla bağlı istintaq və prosedur hərəkətlərin davam etdiyi bildirilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386579/gizlendiyi-hinde-oskurerek-ozunu-ele-verdi-video

Mənbə: https://sonxeber.az/386579/gizlendiyi-hinde-oskurerek-ozunu-ele-verdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button