Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu - Admenasi
Sosial

Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsdən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.

Mənbə: https://sonxeber.az/386222/generalin-qardasi-fhn-deki-vezifesinden-azad-olundu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button