Gənc qızlar arasında kişi üstündə dava: 60-dan çox şillə vurdular - VİDEO - Admenasi
Hadise

Gənc qızlar arasında kişi üstündə dava: 60-dan çox şillə vurdular – VİDEO

Hindistanda gənc bir qızın sevgilisinə görə iki qadın tərəfindən döyülməsi ölkə gündəmini zəbt edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə gənc qızın uzun müddət şiddətə məruz qaldığı, təxminən 60-dan çox şillə vurulduğu iddia olunur.

Hadisə ictimaiyyətdə böyük rezonans doğursa da, müzakirələrin mərkəzində şiddətin özü qədər davaya səbəb olan kişinin kimliyi də yer alıb. Sosial media istifadəçiləri hadisənin təfərrüatlarını və həmin şəxsin kim olduğunu öyrənməyə çalışır.

Yerel mənbələrin məlumatına görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Hüquq-mühafizə orqanları tərəfindən insidentlə bağlı araşdırma başladığı, tərəflərin dindirildiyi bildirilir.

Kadrlarda açıq şəkildə əks olunan zorakılıq isə ölkədə qadınlara qarşı şiddət mövzusunu yenidən gündəmə gətirib. İctimaiyyət nümayəndələri və hüquq müdafiəçiləri hadisəyə sərt reaksiya verərək, günahkarların cəzalandırılmasını tələb ediblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385844/genc-qizlar-arasinda-kisi-ustunde-dava-60-dan-cox-sille-vurdular-video

Mənbə: https://sonxeber.az/385844/genc-qizlar-arasinda-kisi-ustunde-dava-60-dan-cox-sille-vurdular-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button