Gənc qızın məsciddə çəkdiyi video geniş müzakirələrə səbəb olub - VİDEO - Admenasi
Hadise

Gənc qızın məsciddə çəkdiyi video geniş müzakirələrə səbəb olub – VİDEO

Konyada yerləşən Aziziye məscidində bir gənc qızın qeyri-etik davranışlar sərgilədiyi və bu görüntüləri “Məsciddə sevgilini narahat etmə işi” qeydi ilə sosial mediada paylaşdığı video ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Konyanın mərkəzində yerləşən Aziziye məscidində çəkildiyi bildirilən görüntülərdə gənc qızın məscidə uyğun olmayan formada daxil olduğu və narahatedici hərəkətlər etdiyi əks olunub. Sözügedən şəxsin baş verənləri mobil telefon kamerası ilə çəkərək şəxsi sosial media hesabında paylaşması reaksiyaları daha da artırıb.

Videonun sürətlə yayılmasından sonra çoxsaylı sosial media istifadəçiləri ibadət məkanında sərgilənən bu davranışları sərt şəkildə tənqid edib. Paylaşımda istifadə olunan ifadə də ictimai qınağa səbəb olub. İstifadəçilər aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağıraraq məsuliyyətli addımların atılmasını tələb ediblər.

Sosial şəbəkələrdə edilən bəzi şərhlərdə hüquq-mühafizə orqanlarına çağırışlar yer alıb, bu cür hərəkətlərin cəzasız qalmamalı olduğu vurğulanıb. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilib-verilmədiyi isə hələlik məlum deyil.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384601/genc-qizin-mescidde-cekdiyi-video-genis-muzakirelere-sebeb-olub-video

Mənbə: https://sonxeber.az/384601/genc-qizin-mescidde-cekdiyi-video-genis-muzakirelere-sebeb-olub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button