Gənc qadının “Birinin ilki olmaq istərdinmi?” sualına qalmaqallı cavabı müzakirələrə səbəb oldu – VİDEO

Sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə yol açıb.
Sonxeber.az xəbər verir ki, videoda gənc qadına ünvanlanan “Birinin ilki olmaq istərdinmi?” sualına verdiyi cavab qısa zamanda gündəm olub.
Gənc qadın bildirib ki, belə bir vəziyyətə müsbət yanaşmır:
“33 yaşındayam və əgər bir kişinin ilki olsam, deməli, o məndən yaşca kiçikdir. Onun bunu mənimlə sınaqdan keçirməsini istəmirəm. Mən xeyriyyə təşkilatı deyiləm. Yaşadığım şeyin gözəl olmasını istəyirəm”, – deyə o qeyd edib.
Sözügedən açıqlama sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığı yaradıb. Bəzi istifadəçilər qadının fikirlərini səmimi hesab edərək dəstəkləyib, digərləri isə bu yanaşmanı tənqid edib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387427/genc-qadinin-birinin-ilki-olmaq-isterdinmi-sualina-qalmaqalli-cavabi-muzakirelere-sebeb-oldu-video



