Gələn gün havası dəyişkən buludlu olacaq - Admenasi
Sosial

Gələn gün havası dəyişkən buludlu olacaq

Gələn gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, tutulduğu anlarda yağıntılı olması gözlənilir. Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Günün birinci yarısında bəzi yerlərinin çiskinli olması ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.

Mənbə: https://sonxeber.az/388596/sabah-hava-ciskinli-olacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button