Fransada ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edilib - Admenasi
Dunyada

Fransada ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edilib

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) vitse-prezidenti Klemans Qette ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

“Fransanın ABŞ-nin rəhbərlik və idarə etdiyi hərbi ittifaqda iştirak məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdıran qətnamə təqdim edirəm”, – deyə Qette bildirib.

Vitse-prezident ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirməsini və Qrenlandiyanı ilhaq etmək planlarını tənqid edib. O, həmçinin Qəzza zolağındakı münaqişə zamanı ABŞ-nin İsrailə verdiyi dəstəyə qarşı çıxıb.

Mənbə: https://sonxeber.az/385060/fransada-olkenin-nato-dan-cixmasi-ile-bagli-qetname-teqdim-edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button