Fitso: Slovakiya və ABŞ atom energetikası sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar - Admenasi
Dunyada

Fitso: Slovakiya və ABŞ atom energetikası sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar

Slovakiya və ABŞ yanvarın 16-da atom energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

“Report”un TK agentliyinə istinadən məlumatına görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Bildirilir ki, Bratislava Vaşinqtonun köməyi ilə ölkədə fəaliyyət göstərən AES-lərin şəbəkəsini genişləndirməyi planlaşdırır.

Slovakiya KİV daha əvvəl xəbər verib ki, ölkə rəhbərliyi qərbdə, Yaslovske-Boqunitse qəsəbəsi yaxınlığında yerləşən “Boqunitse” AES-də gücü 1 000 meqavat olan yeni enerji blokunun tikintisini həyata keçirməyi nəzərdə tutur. Bu enerji bloku Slovakiya dövlətinin mülkiyyətində olacaq. Onun inşası ilə bağlı danışıqlar ABŞ-nin “Westinghouse” şirkəti ilə aparılır.

Hazırda Slovakiyada iki AES fəaliyyət göstərir: – “Boqunitse” və “Moxovtse”.

Mənbə: https://sonxeber.az/385021/fitso-slovakiya-ve-abs-atom-energetikasi-sahesinde-emekdasliq-sazisi-imzalayacaqlar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button