Fırtına tavanı uçurdu: İki nəfər son anda xilas oldu - VİDEO - Admenasi
Hadise

Fırtına tavanı uçurdu: İki nəfər son anda xilas oldu – VİDEO

Bursada baş verən güclü fırtına gündəlik həyatı mənfi təsir altına alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Saatda 81,5 kilometr sürətə çatan külək səbəbindən şəhərin mərkəzi Osmangazi rayonunda, İstanbul prospektində yerləşən plazalardan birində ofisin asma tavanı çöküb.

Hadisə zamanı ofisdə olan iki nəfər təhlükəni vaxtında hiss edərək qaçıb və son anda xəsarət almadan xilas olublar. Tavanın çökməsi nəticəsində ofisdə maddi ziyan dəyib.

Asma tavanın çökmə anı iş yerinin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə şəxslərin saniyələr içində ofisdən uzaqlaşdığı və dərhal sonra tavanın dağıldığı aydın görünür.

Mənbə: https://sonxeber.az/384822/firtina-tavani-ucurdu-iki-nefer-son-anda-xilas-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button