Finlandiyada 80 yaşlı kişi onilliklər ərzində tualeti olmayan zirzəmidə yaşayıb - Admenasi
Dunyada

Finlandiyada 80 yaşlı kişi onilliklər ərzində tualeti olmayan zirzəmidə yaşayıb

Finlandiyanın Helsinki şəhərinin ətraf qəsəbələrindən birində polis onilliklər ərzində pəncərəsiz, tualetsiz, mətbəx ləvazimatları və elementar gigiyena vasitələri olmayan zirzəmidə yaşayan 80 yaşlı kişini aşkarlayaraq azad edib.

Oxu.Az bu barədə “Daily Mail” nəşrinə istinadən xəbər verir.

Dəhşətli tapıntı Finlandiya paytaxtının şimal hissəsində yerləşən villada aparılan planlı axtarış zamanı üzə çıxıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaşlı kişi uzun illər ərzində “qeyri-insani şəraitdə” yaşamağa məcbur edilib.

Helsinki polisinin nümayəndələri zərərçəkənin səhhətinin ciddi narahatlıq doğurduğunu bildiriblər. Kişi son dərəcə ağır fiziki vəziyyətdə tapılıb və təcili tibbi yardıma ehtiyac duyub. Xilas edilən şəxs dərhal şəhərin klinikalarından birinə yerləşdirilib və hazırda ona zəruri tibbi yardım göstərilir.

İlkin məlumatlara əsasən, zərərçəkən fiziki baxımdan hərəkət azadlığından məhrum edilməyib. Polis hazırda kişinin zirzəmi otağını tərk etmək üçün real imkanının olub-olmadığını və əgər bu imkan mövcud idisə, bunun niyə onilliklər ərzində reallaşmadığını araşdırır.

Hadisə ilə əlaqədar cinayətdə şübhəli bilinən üç nəfər – iki kişi və bir qadın (hamısı təxminən 60 yaşlarında) saxlanılıb. İlkin istintaq tədbirlərindən sonra şübhəlilər müvəqqəti olaraq azadlığa buraxılsalar da, onlar hələ də bu cinayət işi üzrə fiqurant qismində qalırlar.

Mənbə: https://sonxeber.az/386122/finlandiyada-80-yasli-kisi-onillikler-erzinde-tualeti-olmayan-zirzemide-yasayib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button