Fevralın 24-də hava necə olacaq? - Admenasi
Sosial

Fevralın 24-də hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° shaxta, gündüz 3-8° isti olacaq.

Mənbə: https://sonxeber.az/388521/sabah-hava-nece-olacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button