Sosial
Fəzail Ağamalının dəfn yeri məlum oldu – Yenilənib

Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
Mərhumun oğlu Elçin Ağamalının saytımıza verdiyi məlumata görə, F.Ağamalı Ramana qəbiristanlığında (Gülçülük savxozu adlanan ərazidə yerləşən) dəfn olunacaq.
Mənbə: https://sonxeber.az/387440/fezail-agamalinin-defn-yeri-melum-oldu-yenilenib



