Evində oturarkən yük maşının vurduğu divarın altında qaldı - VİDEO - Admenasi
Hadise

Evində oturarkən yük maşının vurduğu divarın altında qaldı – VİDEO

Kocaeli İzmit rayonunda evində oturan bir kişi, geri manevra edən yük maşınının çırpıldığı divarın dağılmış hissələrinin altında qalaraq xəsarət alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 21:00 radələrində 28 İyun məhəlləsində baş verib. Məlumata görə, yük maşını sürücüsü M.K. geri manevra etdiyi zaman maşın qonşusu Ahmet Kılıcın evinin divarına çırpılıb.

Çırpılma nəticəsində divarın bir hissəsi dağılıb və qopmuş kirəmit parçaları evində sol tərəfdə oturan Ahmet Kılıcın üstünə düşüb. Kılıc yaralanıb, evdə olan digər sakinlər isə böyük qorxu içində 112 Təcili Yardım Mərkəzinə xəbər veriblər.

Qısa müddətdə hadisə yerinə gələn tibbi heyət yaralıya ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387500/evinde-oturarken-yuk-masinin-vurdugu-divarin-altinda-qaldi-video

Mənbə: https://sonxeber.az/387500/evinde-oturarken-yuk-masinin-vurdugu-divarin-altinda-qaldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button