Evimizdəki Zəhər Aparatı: Mikrodalğalı Sobada Qızdırılan Yemək Xərçəng Yaradır – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Evimizdə gündəlik istifadə etdiyimiz mikrodalğalı sobalar görünməyən bir təhlükə daşıyır. Mikrodalğalı sobada qızdırılan yeməklər birbaşa zəhər təsiri göstərir və uzunmüddətli istehlakı xərçəng xəstəliyinə səbəb olur. Hər gün istifadə etdiyimiz bu cihaz, sadəcə rahatlıq təmin etmir – o, sağlamlığımıza ciddi zərər verir və sual yaranır: rahatlığın əvəzində bu riski gözardı etmək nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı qida eksperti Amalya Rəhimova BiG.AZ-a açıqlamasında bildirdi ki, Mikrodalğalı sobada qızdırılan yeməklər birbaşa zəhər təsiri yarada bilər və uzunmüddətli istehlakı xərçəng xəstəliyi riskini artırır. Onun sözlərinə görə, belə qidalar qida maddələrini itirir, toksinlər əmələ gətirir və orqanizm üçün ciddi təhlükə daşıyır: “Mümkün qədər mikrodalğalı sobada yemək qızdırmaqdan çəkinmək və təzə, ənənəvi üsullarla hazırlanmış yeməklərə üstünlük vermək həyati əhəmiyyətlidir.
Mikrodalğalı sobada qızdırlan qidaya radiasiyalı qida da deyə bilərik. Bu cür qidalar mədə xərçəngi başda olmaqla, bir neçə xərçəng növünə tutulma riskini dəfələrlə artırır”.



