Estetik əməliyyatlara 60 min dollar xərcləyən fenomen: “Artıq ağzımı bağlaya bilmirəm”

Avstraliyada “Fetisch Barbie” ləqəbi ilə tanınan sosial media fenomeni bu günə qədər estetik əməliyyatlara təxminən 60 min dollar xərclədiyini açıqlayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, estetik anlayışını “hər şeyin böyük olması” kimi izah edən fenomen dolğu və botoksa “yüz faiz asılı” olduğunu bildirib. O, ilk dodaq dolğusunu 18 yaşında etdirdiyini deyib.
Açıqlamasında dəfələrlə estetik prosedurlara müraciət etdiyini vurğulayan fenomen artıq dodaqlarındakı həddindən artıq dolğu səbəbindən ağzını tam bağlaya bilmədiyini etiraf edib.
Sosial mediada geniş müzakirələrə səbəb olan açıqlama izləyicilər arasında birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun görünüşünü tənqid etsə də, digərləri şəxsi seçimlərinə hörmətlə yanaşdıqlarını bildiriblər.



